Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Birləşmiş Ərəb Əmirliklərinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artıraraq, 46,6 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə BƏƏ-nə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 15,3 faiz azaldaraq, 4,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara çatıb.
Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.
Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.