BİZNES

11 Avqust

Yayın xilasedici məhsulu

"Harrem" labaratoriyası tərəfindən hazırlanmış "Nəmləndirici Ləkə Əleyhinə SPF50+ Günəşdən Qoruyucu" kremi ilə yayı təmiz dəri ilə keçirə bilərsiniz. Ləkə əleyhinə xüsusiyyəti ilə günəş şüalarından tam qorunma üçün bariyer yaradır və bunu tərkibindəki vitaminlərlə təchiz edir. Hyalüronik turşusu ilə dərinin nəm ehtiyacını qarşılayır, C vitamini ilə işıqlandırır və cavan görünməsinə kömək edir. Dəridəki ləkələri açaraq orqanik filter sayəsində bərpa edir. Nəticədə, kremi makyaj bazası kimi də istifadə etmək olar.

Fins.az xəbər verir ki, məhsul bütün dəri tipləri üçün uyğundur. 3 yaşdan yuxarı hər kəs istifadə edə bilər. Göz və göz ətrafından başqa bütün nahiyələrdə effektivdir. Tərkibində parfüm və paraben yoxdur. Digər günəş kremlərindən fərqli olaraq hidrosol əsası dərini həm qoruyur, həm də bərpa edir. Eyni zamanda bu prosesi tərkibindəki 70% qızılgül mayası ekstraktı da sürətləndirir. Yeni sistemli “airless” mexanizmi sayəsində məhsul havanın təzyiqi ilə qalxır və uzunmüddətli istifadəyə kömək edir.

Məhsulu günəşə çıxmazdan 20-30 dəqiqə əvvəl üz, boyun, dekolte və digər nahiyələrə masaj edərək çəkə bilərsiniz. Suya, quma və tərə davamlıdır. İslanıb qurulandıqdan sonra mühafizənin davamlılığını təmin etmək üçün yenidən istifadə edilməsi tövsiyə olunur.

Türkiyənin məşhur brendi olan “Harrem” dünyanın dörd bir yanında məhsullarını ən yüksək keyfiyyət və xidmətlə istehlakçılara təqdim edir. Azərbaycanda isə bu məhsulları "Wegros" platformasından tam əminliklə əldə edə bilərsiniz!

"Wegros" icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir.

Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran "Wegros" platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/vitamin-tonik-50-ml