Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Çinə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azaldaraq, 2,7 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Çinə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 12,2 faiz azaldaraq, 467 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara çatıb.
Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.
Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.