Görüş zamanı tərəflər əməkdaşlıq imkanlarının mümkün olduğu sahələr barədə fikir mübadiləsi aparıblar.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Özbəkistanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə ESRI əməkdaşları tərəfindən Özbəkistan və Azərbaycan iqtisadiyyatlarının bir sıra sahələr üzrə oxşar və fərqli göstəricilərinə, 2 ölkə arasında investisiya yatırımlarına dair təqdimatlar edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.