Türkiyənin İzmir şəhərində İzmir İş Qadınları Dərnəyi (İZİKAD) İdarə Heyətinin sədri Betül Sezgin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva və hər iki qurumun üzvləri Doqquz Eylül Universitetinin rektoru Hotar Nukhetlə görüşüblər.
AQSİA-dan Fins.az-a bildirilib ki, görüşdə universitetin təlim, tədris, karyera qurarkən qadınlara yaradılan imkan və fəaliyyətlər haqqında məlumat verilib.
Həmçinin iki ölkənin qadın iş adamlarının birgə əməkdaşlığına dair təcrübələr bölüşülüb və gələcək əməkdaşlıqlar barədə müzakirələr aparılıb