BİZNES

11 Avqust

Azərbaycan və Özbəkistan arasında investisiya yatırımlarına dair təqdimatlar edilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Özbəkistanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən Fins.az-a bildirilib ki, görüşdə ESRI əməkdaşları tərəfindən Özbəkistan və Azərbaycan iqtisadiyyatlarının bir sıra sahələr üzrə oxşar və fərqli göstəricilərinə, iki ölkə arasında investisiya yatırımlarına dair təqdimatlar edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Leyla Fikrətqızı
Fins.az