BİZNES

11 Avqust

ÜDM-nin həcmi açıqlandı

2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox ümumi daxili məhsul istehsal olunub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 % artıb.

ÜDM istehsalının 42,8 %-i sənaye, 9,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,0 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.

Leyla Fikrətqızı
Fins.az