Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistanın “9D Technologies” şirkətinin baş direktoru Abdul Salamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KOBİA-dan Fins.az-a bildirilib ki, görüşdə ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startaplara, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verilib, informasiya-kommunikasiya texnologiyaları sahəsində KOB-ların rolunun artırılması və şirkətlə əməkdaşlıq imkanları müzakirə edilib.
Leyla Fikrətqızı
Fins.az