Kətan yağı istifadədən qısa müddət sonra müəyyən xəstəliklərin aradan qaldırılmasında, bəzi xəstəliklərin yaranmasının qarşısını almaqda mühüm rol oynayır. Ən yaxşı nəticə üçün soyuq sıxma üsulundan istifadə edilir.
Fins.az xəbər verir ki, “Wegros” platformasının əməkdaşı “İlğım” şirkəti də istehlakçılara yüksək keyfiyyətli xidmət üçün 100% təbii soyuq sıxma üsulu ilə hazırlanan kətan yağı təklif edir.
Məhsulun tərkibi doymamış və yarım doymamış yağ turşuları, Omeqa 3 və Omeqa 6, F, E, B, A, K vitaminləri ilə zəngin olduğu üçün yaraların sağalmasında, dərinin cavanlaşmasında, qaraciyər və həzm sisteminin fəaliyyətinin normalaşmasında, maddələr mübadiləsinin yaxşılaşdırılmasında, qanda xolesterin miqdarının azalmasında, infarkt, insult və tromboflebitin əmələ gəlməsinin qarşısının alınmasında effektiv rol oynayır.
Dietoloqlar arıqlamaq istəyənlərə məhz kətan yağından istifadə etməyi məsləhət görürlər. Aparılan araşdırmalar göstərir ki, tam təbii kətan yağından müntəzəm istifadə bağırsaq və döş xərçənginin yaranmasına mane olur. Saçların möhkəmlənməsi, dərinin yumşalması, ölü hüceyrələrin dəridən təmizlənməsi üçün istifadə edilən ən yaxşı məhsullardandır. Belə xüsusiyyətlərinə görə kətan yağına həm tibb sahəsində, həm də kosmetologiyada böyük tələbat var.
Mütəxəssislər bildirir ki, kətan yağının tərkibindəki Omeqa 3-ün miqdarı balıq yağındakından 2 dəfə çoxdur. Bu isə vegeterianların rahatlıqla istifadə edəcəyi keyfiyyətli qida vasitəsidir.
Kətan yağı qida vasitəsi olduğu üçün 6 yaşdan yuxarı hər kəs istifadə edə bilər. Uşaqlar gündə 2 dəfə səhər və axşam 1çay qaşığı yeməkdən 1 saat əvvəl, böyüklər isə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı olmaqla daxilə (ağız yolu ilə) qəbul etməlidir. Əgər saçlarınızın möhkəmlənməsini və kəpəklərin aradan qaldırılmasını istəyirsinizsə, saç dibini yağla masaj edərək 10 dəqiqə isti dəsmalda saxlayın, daha sonra ilıq su ilə durulayın. Əlləri ölü hüceyrələrdən xilas etmək üçün kətan yağı sürtüb 2-3 saat əlcəkdə saxlamaq lazımdır. Beləliklə, dəri yenilənəcək və daha gənc görünəcək.
“Əmin Qida Sənaye” MMC-nin (İlğım) məhsulları İSO keyfiyyət və İSO qida təhlükəsizliyi idarəetmə sertifikatına malikdir. Məhsul istehsal olunduqdan sonra 2 il müddətinə istifadəyə yararlıdır.
"Wegros" icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir.
Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran "Wegros" platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.