Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 mlrd. manatlıq, o cümlədən 17,5 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2% , qeyri-ərzaq malları üzrə 4,3% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,0 manatlıq qeyri-ərzaq malları alıb.