BİZNES

09 Avqust

Azərbaycanda Norveç keyfiyyəti - EasyFishOil

Nielsen şirkəti 8-16 sentyabr 2020-ci ildə 2-11 yaş arası övladı olan 411 ana arasında apardığı onlayn sorğu nəticəsində belə bir qərara gəldi: “Bu balıq yağı ən yaxşı dad və qoxuya malikdir”. Halbuki balıq yağlarından istifadə valideynlər üçün ən böyük problemlərdəndir. Belə çətin vəziyyəti aradan qaldıran isə Easy Fish Oil-dir.

Fins.az xəbər verir ki, tərkibində şəkər, konservant, donuz yağı və digər qatqı məhsulları olmayan bu balıq yağı asanlıqla çeynənə bilən gel formasına malikdir. “Alu-Alu blister” qablaşdırma texnologiyasından istifadə etdiyinə görə hava və nəmə qarşı dözümlüdür. Nəticədə, hər balıq yağı ilk günkü təzəlik və effektivliyini qoruyur. EasyFishOil tək-tək paketləndiyi üçün rahatlıqla daşına bilir.

Tərkibində yüksək Omega 3 yağ turşusu ehtiva edən balıq yağı 2 yaşdan etibarən istifadəyə uyğundur. 4-10 yaşlı uşaqlar gün ərzində 1-2, daha böyüklər isə gündəlik 1 gel forması ilə kifayətlənə bilərlər. EasyFishOil balıq yağı çeynəndikdən sonra 36 dərəcə bədən hərarətində maye halına çevrilir.

EasyFishOil balıq yağları elmi əsaslı innovativ qida dəstəyi ailəsi olan, eləcə də, Wegros onlayn alış-veriş platformasının partnyorlarından “EasyVit”-in məhsuludur. Balıq yağı Norveçdə ən müasir texnologiya ilə hazırlanır. Istehsal edilən hər balıq yağı partiyası İFOS tərəfindən müntəzəm olaraq təhlil edilir. “GOED”, “İFOS”, “BROS”, “NSF”, “Friend of the Sea”, “Halal” sertifikatlarına malikdir. Sertifikatlaşdırılmış məhsullar isə bütün standart tələblərə uyğun olması üçün ciddi şəkildə sınaqdan keçirilir. Bütün bunları nəzərə alaraq valideynlər könül rahatlığı ilə 4 fəsil EasyFishOil-dən istifadə edə bilər.

Wegros ictimai əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.com/az/easyfishoil-u%C5%9Faqlar-%C3%BC%C3%A7%C3%BCn-qida-%C9%99lav%C9%99si