2023-cü ilin yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar 14% və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib.
Fins.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.
Onun sözlərinə görə, təkərli nəqliyyat vasitələrinin yüklənməsi də 28 mindən 29 minə yüksəlib.
"Türkiyə ilə Mərkəzi Asiya arasında təkərli nəqliyyat vasitələrinin dövriyyəsi 120 min TIR təşkil edir. Belə ki, bu gün bu texnikanın təxminən 25% Azərbaycan ərazisindən daşınır. Biz bu rəqəmi 50% və ya 60 min ədədə çatdırmağı hədəfləyirik. Yalnız Türkiyə ilə Özbəkistan arasında 20 min TIR təkərli nəqliyyat vasitələrinin dövriyyəsi var. Biz bu ölkələr arasında təkərli nəqliyyat vasitələrinin ölkəmiz ərazisindən daşınmasını çox vacib hesab edirik", - deyə o, əlavə edib.
X.Həsənli bildirib ki, 2023-cü ilin yanvar-iyul aylarında konteynerlərin daşınması 9,285 min TEU azalıb - 33,008 min TEU konteynerdən 23,723 minə düşüb.
"Azalma Çində yükdaşımaların dəyərinin əhəmiyyətli dərəcədə azalması fonunda qeyd olunur. Bu fenomen qısamüddətli xarakter daşıyır və bu ilin sonuna qədər keçmişlə müqayisədə konteyner daşımalarında artım gözləyirik", - deyə o, qeyd edib.
Departament rəisinin sözlərinə görə, 2023-cü ilin hesabat dövründə toplu yük terminalında da azalma qeydə alınıb.
"Yanvar-iyul aylarında toplu yük terminalı 588 ton toplu yük daşıyıbsa, ötən ilin müvafiq dövründə bu rəqəm 732 ton olub. Konteynerlərin daşınmasında olduğu kimi, bu ilin sonuna qədər biz toplu yüklərin daşınmasında artım gözləyirik”, - deyə o, vurğulayıb.
©Trend