Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir.
Fins.az xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktor müavini Muxsinjon Xolmuxamedov "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan Özbəkistan iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub.
"Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir", - deyə o qeyd edib.
M.Xolmuxammedovun fikrincə, Azərbaycan bazarı da öz növbəsində Özbəkistan üçün xüsusi maraq kəsb edir.
"Kənd təsərrüfatı istiqamətində, xüsusən EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) layihəsi çərçivəsində əməkdaşlığı genişləndirə bilərik. EKTİS kimyəvi və neft emalı sahələrində birgə layihələrin işlənildiyi elektron informasiya sistemidir", - deyə o əlavə edib.