BİZNES

04 Avqust

Nazir Rəşad Nəbiyev İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədriilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşüb.
 
Fins.az xəbər verir ki, görüş zamanı kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
 
Leyla Fikrətqızı
Fins.az