Ənənələrinə sadiq qalaraq, “Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub. Belə ki, iyul ayının 27-si “Netwoking Azerbaijan” biznes klubu növbəti möhtəşəm tədbirini keçirib.
“Netwoking Azerbaijan”dan Fins.az-a verilən məlumata görə, bu dəfə tədbir “El-Portalon” restoranında baş tutub. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi gələn qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar.
Tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonağlarını salamlayıb “networking”in faydalarından qonaqlarla bölüşüb və çıxış üçün qonaqlar qarşısına Venesuella dövlətinin səlahətli səfiri cənab Kristofer A.Martinezi dəvət edib. Cənab səfir Venesuella və Azərbaycan işgüzar əlaqələrindən və inkişafından qonaqları ətraflı məlumatlandırıb və ölkələrimiz və xalqlarımız arasında oxşar mental və mədəni cəhətlərindən danışıb.
Gecənin fəxri qonağlarından olan Çili dövlətin səfiri Siankarlo Alberti “Networking Azerbaijan” biznes klubunun faydalı fəaliyyətindən, Azərbaycan işgüzar və ikitərəfli əlaqələrin inkişafına verdiyi tövhələrindən və qarşılıqlı əməkdaşlıqdan danışıb.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. Tədbirdə ən aktiv qonağlara “Hazel Azərbaycan” şirkəti tərəfindən və “Metaflix” platforması tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
“Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.