BİZNES

02 Avqust

Bazar dəyərinə görə dünyanın ən böyük şirkətləri açıqlanıb

Texnologiya nəhəngləri Apple və Microsoft bu il texnologiya paylarının artması ilə iyulun sonunda bazar dəyəri baxımından dünyanın iki ən böyük şirkəti olmağa davam edir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Apple keçən ay tarixi bir uğura imza ataraq bazar dəyərini 3 trilyon dolları ötüb və dünyada bu rəqəmə çatan ilk şirkət oldu.

Digər texnologiya şirkətləri də ümumi bazar əhval-ruhiyyəsini artıraraq güclü performans göstərdilər. 

1.Apple: 3,08 trilyon dollar
2.Microsoft: 2,49 trilyon dollar
3.Saudi Aramco: 2,09 trilyon dollar
4.Alphabet: 1,67 trilyon dollar
5.Amazon: 1,37 trilyon dollar
6.Nvidia: 1,15 trilyon dollar
7.Tesla: 848,8 milyard dollar
8.Meta: 819,8 milyard dollar
9.Berkshire Hathaway: 769,8 milyard dollar
10.Visa: 483,9 milyard dollar

Zəminə Hüseyn
Fins.az