BİZNES

01 Avqust

İmişlidə pərakəndə ticarət dövriyyəsinin həcmi 13,5 % artıb

İmişlidə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrinə nisbətən faktiki qiymətlərlə həcmi 13,5 faiz artaraq 175 milyon 467,9 min manat olub.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində hüquqi şəxslərin payı 15,9 faiz, fiziki şəxslərin payı isə 84,1 faiz olub. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrinə nisbətən 15,1 faiz artaraq 26 milyon 688,4 min manat olub. Əhaliyə göstərilən ödənişli xidmətlərin 14,3 faizi məişət xidmətləri təşkil edib, hesabat dövründə 3 milyon 820,9 min manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətdə 10,2 faiz artıb. 2023-cü ilin yanvar-iyun aylarında ictimai iaşənin dövriyyəsi 3 milyon 362 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz çox olub.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi ümumi həcmin 79,8 faizini təşkil edib.