BİZNES

31 İyul

“Bakı Fond Birjası” QSC tərəfindən Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı keçirilib

Qırğız Fond Birjası” QSC-nin dəvəti ilə iyulun 28-də Bişkek şəhərində Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, Qırğızıstan tərəfindən iştirak edən “Qırğız Fond Birjası” QSC, dövlətin səlahiyyətli orqanları və peşəkar birja iştirakçıları üçün bu təqdimatı “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev keçirdi.

Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, ölkəmizdə kapital bazarının cari vəziyyəti və inkişaf mərhələsinin öyrənilməsi, ilkin və təkrar bazarlar üzrə perspektiv, regional kapital bazarlarının inkişafı üçün sahələrin müəyyən edilməsi üzrə ətraflı müzakirələr aparılmışdır və Azərbaycan Respublikasının kapital bazarlarının unikal imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, iki ölkənin kapital bazarlarının imkanlarına dair müzakirələr zamanı iştirakçılar Azərbaycan Respublikasının fond bazarının inkişaf səviyyəsini yüksək qiymətləndirmişdirlər və həmçinin Bakı Fond Birjasının təcrübəsini mənimsəmək arzusunu ifadə etmişdirlər.