Bu il iyulun 1-nə Azərbaycanda 15,04 milyon ədəd ödəniş kartı olub.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 18,8% çoxdur. Artım debet kartlarında 17,7%, kredit kartlarında isə 26,3% təşkil edib.