2023-ci ilin iyun ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 133,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 10,2 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin iyun ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (28) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 128,9 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin iyun ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 19 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.