BİZNES

28 İyul

Dünyada baş verən ekoloji böhran xammalın qiymətinin artmasına səbəb oldu - Ərtoğrul Həsənov

"As Stretch MMC" şirkətinin rəhbəri Ərtoğrul Həsənovun Fins.az-a müsahibəsi.
 
- Şirkətiniz 2010-cu ildən bu günə hansı inkişaf mərhələlərini keçib?
 
- "As Stretch MMC" şirkəti olaraq 2010-cu ildən fəaliyyət göstəririk. İnkişaf mərhələmiz 2016-cı ildən oldu və  kağız stəkanların istehsalına start verdik. 2016-ci il də kağız stəkanların istehsalına başlayanda həm işçi heyəti, həm də dövriyyəmiz artdı. Hazırda şirkətimizin inkişafı müsbət yöndə irəliləyir. 
 
 
- Azərbaycanda birdəfəlik kağız stəkanların istehsalına nə dərəcədə təlabat var?
 
- Azərbaycanda 2016-cı ildə kağız stəkanların istehsalına başlayan zaman təlabat çox az idi. Buna səbəb isə kağız stəkanların qiymətinin plastik stəkanlara nisbətən baha olması idi. Ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən qanun imzalandı. Qanun layihəsinə dəyişiklikdə polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə mindi. Dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Bu qanun layihəsindən sonra kağız stəkanlara tələbat artdı.
 
 
- Birdəfəlik kağız stəkanların və ya plastik qabların istehsalının xeyirli və ziyanlı tərəfləri nələrdir?
 
- Plastik tullantıların uzun müddət parçalanmamasının, təbiətdə miqdarının ilbəil artmasının, yandırılan zaman toksiki tüstünün asmosferi zəhərləməsinin ətraf mühitə mənfi təsirləri var. Bildiririk ki, plastik stəkanlar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Plastik stəkanlarla müqayisədə kağız stəkanların torpaq çürüməsi və həll olunması daha tezdi.
 
 
- Daha çox hansı sektorlar,şirkətlər məhsulunuzdan istifadə edir? İnsanlar bu cür məhsulları alarkən nələrə diqqət etməlidir?
 
- Bizim məhsulları market şəbəkələrində, keterinq şirkətləri, xəstəxanalar, klinikalar, uşaq bağçaları, məktəblər, universitetlər, "cofe shop"larda bir sözlə, su, çay, kofe istifadə olunan hər yerdə kağız stəkanlar istifadə olunur. Alıcılar məhsulları alarkən ilk növbədə onun keyfiyyətinə(stəkanın sərtliyinə, istiliyə davamlılığına, stəkanın su sızdırmağına) fikir verməlidi və həmin məhsulun sertifikatlarını tələb etməlidirlər (gigiyenik,uyğun və AQTA). Çünki bazarda xaricdən gətirilən keyfiyyətsiz məhsullar çoxdu.
 
 
- Baş verən ekoloji böhranlar məhsullarınıza qiymət və satış baxımından necə təsir edib? Artım və ya azalma halları müşahidə olunubmu?
 
- Dünyada baş verən ekoloji böhran bizdən də yan keçmədi. Kağız xammal tapılmasında problemlər yarandı və bu böhran öz növbəsində xammalın qiymətinin artmasına gətirib çıxardı. Beləliklə bazarda kağız stəkanların qiymətində bahalaşma yarandı. Hazırda qiymətlərin aşağı düşməsi müşahidə olunur.
 
Leyla Fikrətqızı
Fins.az