BİZNES

28 İyul

Süd və qaymaq idxalında artım olub

Bu ilin yanvar-iyun aylarında süd və qaymaq idxalında artım olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, altı ayda 6084 ton süd və qaymaq idxal edilib.

İdxalın dəyəri 12,9 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 8,1 milyon dollar olan 5218 ton süd idxalı həyata keçirilib.

Zəminə Hüseyn
Fins.az