BİZNES

27 İyul

KOBİA Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən “İssık-Kul 2023” VII Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev ilə görüşüb.

KOBİA-dan Fins.az-a bildirilib ki, görüşdə hər iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, KOB-lar arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az