"Hər il ölkəmizdə yeni şirkətlərin yaranması, fərqli layihələrə investisiyaların edilməsi, bizneslər üçün şərtlərin asanlaşdırılması təqdirəlayiq haldır."
Bunu Fins.az-a müsahibəsində "Unilift" şirkətinin marketinq şöbəsinin müdiri Şövkət Balayev deyib.
Marketinq şöbəsinin müdiri, qarşıdakı 10 il ərzində ölkəmizdə biznes aləmində bütün sektorların daha da inkişaf edəcəyi, şirkətlərin rəqəmsallaşmağa doğru gedəcəyi, bütün sahələrdə böyük yatırımların gözlənilən olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, forklift bazarında da xidmət göstərən şirkətlər artmaqdadır.
Leyla Fikrətqızı
Fins.az