"Kadr uçotunu və əmək qanunvericiliyini öyrənib, şirkətlərə gedib, “Biz HR mütəxəssisiyik” deyirlər. Amma şirkətdəki əməkdaşların ümumi əhval-ruhiyyəsinə baxanda mütəxəssisin təcrübəsinin yetərincə aşağı olduğu görünür".
Bunu Fins.az-a müsahibəsində Ağahüseyn Əliyev deyib.
O qeyd edib ki, işçilərlə düzgün formada kommunikasiya olmadığı üçün işçilər 1-2 ay sonra işdən çıxır:
"Bunun da səbəbi işçiləri düzgün formada işdə saxlaya bilməmələridir. Bu sahədə həm təhsil, həm də təcrübə önəmlidir. HR olmaq üçün ya iqtisadiyyat, ya da psixologiya sahəsində təhsili olmalıdır. Hazırda isə iqtisadiyyatın müxtəlif sahələrindən bu sahəyə yönələnlər olur. Təbii ki, paralelində müəyyən təlimlərdə iştirak edirlər. Beynəlxalq sertifikasiyalara müraciət etməklə yararlanmaq lazımdır ki, daha strateji HR ola bilsinlər".
Leyla Fikrətqızı
Fins.az