BİZNES

27 İyul

Altı ayda “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 9,5 milyon ABŞ dolları olub

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 43 ölkəsinə 9,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizidir. 2023-cü ilin iyun ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Car ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 837,7 min ABŞ dolları ilə BƏƏ, 522,2 min ABŞ dolları ilə Almaniya və 444,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.