Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 37 yeni dövlət standartı qəbul edilib.
Bu barədə Fins.az-a Dövlət Xidmətindən bildirilib.
Bundan başqa, 6 ayda İnstitut 28 dövlət standartını ləğv edib və 615 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının tətbiqinə icazə verib.