BİZNES

26 İyul

Altı ayda Azərbaycanın ticarət dövriyyəsi 5,3 % olub

Ölkəmizin xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26.166,5 milyon dollar olub.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, hesabat dövründə xarici ticarət balansının müsbət saldosu isə 9.769,5 milyon dollar təşkil edib.