BİZNES

25 İyul

Azərbaycanda bank sektorunun yarımillik mənfəəti artıb

2023-cü ilin yanvar-iyun aylarında banklar 563.3 mln. manat xalis mənfəət əldə edib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur.

Hesabat dövrü üzrə bank sektorunun 772.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib ki, bu da bir əvvələ nisbətən 26% artım deməkdir.

2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 mln. manat məbləğində mənfəət vergisi ödənilib.