BİZNES

24 İyul

Azərbaycan Buxarestdə 3 ölkə ilə \"yaşıl enerji\"nin inkişafı məsələlərini müzakirə edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfər edəcək.

Bu barədə Fins.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, səfərin əsas məqsədi iyulun 25-də bu ölkənin paytaxtı Buxarest şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclasında iştirak etməkdir.