BİZNES

24 İyul

Azərbaycan mebel idxalına çəkdiyi xərci 30 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 65 milyon 625,43 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 15 milyon 347,37 min ABŞ dolları və yaxud 30,52 % çoxdur.

Bu ilin ilk rübündə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,80 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.