Cari ilin altı ayında 37,3 min ton pambıq lifi, 5746 ton pambıq ipliyi ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 68,8 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 17,1 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 138,6 milyon dollar olmaqla 59,2 min ton pambıq lifi, məbləği 24,8 milyon dollar olmaqla 5940 ton pambıq ipliyi ixrac edilib.