BİZNES

24 İyul

Cari ilin 6 ayında istehlakçılara 65,2 milyon manat ƏDV geri qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr əldə edilib.

Fins.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.

Qeyd olunub ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5 faizi, nağd qaydada olduqda isə 5 faizi istehlakçılara qaytarılır.