BİZNES

24 İyul

Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

Bu ilin yanvar-iyun aylarında 61,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 59,1 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 66,8 milyon dollar olmaqla 71,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Hesabat dövründə 269,2 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. İxrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 243 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 170,3 milyon dollar olmaqla 155,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Yanvar-iyun aylarında alüminium ixracında cüzi artım müşahidə olunub. Belə ki, altı ayda dəyəri 106,9 milyon dollar olmaqla 40 min ton alüminium ixrac edilib. Keçən ilin müvafiq dövründə 37,1 min ton alüminium ixrac olunub ki, onun da məbləği 137,5 milyon dollar təşkil edib.