Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 17 896,7 milyon kubmetr təbii qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.
Yanvar-may aylarında nəqletmənin 51,6%-i Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 9 229,3 milyon kubmetr "mavi yanacaq" ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 8,7% çoxdur.