BİZNES

19 İyul

Azərbaycanda hava ilə sərnişin daşınması 58% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava ilə 966,4 min nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3% çoxdur. 

Hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.