BİZNES

19 İyul

Azərbaycanda avtomobillə yük daşınması 5% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobillə 50,5 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. 

Hesabat dövründə yük dövriyyəsi 4,3% artıb.