BİZNES

23 İyul

Müəssisələrin avtomatlaşdırılması sahəsində insan faktorunun dəyəri artır

Müəssisələrin avtomatlaşdırılması sahəsində insan resursu vacib faktor hesab olunur.

Bunu Fins.az-a müsahibəsində“As Avtomatika” MMC şirkətinin direktoru Akif Dəmirovun deyib. O, bildirib ki, bu proses insan effektivliyini daha da artırır:

“İşçi elektronika ilə işlədiyinə görə, daha da intelektual olur. Yəni mənə elə gəlir ki, bura da insan faktorunun dəyəri artır, nəinki azalır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası və başqa ali təhsil müəssisələriylə iş birliyinin olduğunu deyən A.Dəmirov, kadr çatışmazlığının olduğunu da söyləyib:

“Çalışırıq ki, tələbələrə bir faydamız olsun. Bugünkü gün ölkədə və dünyada elektrik və elektronika sahəsində kadr çatışmazlığı var. Getdiyimiz şirkətlərdə elektrik vakansiyası var, amma işçi tapılmır. Biz də çalışırıq ki, öz gücümüzə həmin kadrların hazırlamasında dövlət üçün bir töhvəmiz olsun. Kadr hazırlanmasında ödənişsiz bir addımdır ki, bu da bizim tərəfimizdən atılmış olur”.

Fuad Mədətov
Fins.az