2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olub.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Nəticədə büdcədə 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.