BİZNES

14 İyul

Azərbaycan sement ixracından gəlirləri artırıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 21 milyon 39 min dollar dəyərində 371 min 730 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 20.5% və ya 63 min 298 ton, məbləğ baxımından isə 57.6% və ya 7 milyon 693 min dollar artıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 13 milyon 346 min dollar dəyərində 308 min 432 ton sement ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə ixrac edilən sementin 1 tonunun orta qiyməti 30.7% artıb. Belə ki, 2023-cü ilin ilk 6 ərzində ölkədən ixrac edilən sementin 1 tonunun qiyməti 56.6 dollara bərabər olub ki, bu rəqəm 2022-ci ilin müvafiq dövründə 43.3 dollar idi.

Xatırladaq ki cari ilin yanvar-iyun aylarında sementin ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.19%-ə bərabər olub.