BİZNES

14 İyul

Azərbaycanda sərnişin daşınması 19% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 742,8 milyon sərnişinə xidmət göstərib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.