Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 90,9 milyon ton yük daşıyıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% çoxdur.
Yüklərin 3,9%-i dəniz, 8,3%-i dəmir yolu, 0,1%-i hava, 55,6%-i avtomobil nəqliyyatı, 32,1%-i isə boru kəməri ilə daşınıb.
Zəminə Hüseyn
Fins.az