BİZNES

14 İyul

Metallurgiya sahəsində 520,5 milyon manatlıq məhsul istehsal olunub

Cari ilin yanvar-iyun aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 520,5 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 21,5 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 33,7 faiz azalma müşahidə edilib.

Həmin dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan digər məmulatların istehsalı 71,5 faiz artıb, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 30,4 faiz, armatur istehsalı isə 38,2 faiz azalıb.