BİZNES

14 İyul

Əmək müqavilələrinin sayı qeyri-neft sektorunun özəl bölməsində 330 minə yaxın artıb

2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362,9 min, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 330 minə yaxın artıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, bu artım əmək bazarının “ağardılması” istiqamətində həyata keçirilən səmərəli islahatların uğurlu nəticəsidir.