Bu ilin I yarısında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 10,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il iyulun 1-nə qədər ölkədə 91 021 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.