Bu ilin birinci yarısının yekunlarına görə, Azərbaycanda qızıl hasilatı təxminən 30%, gümüş hasilatı isə 42.5% azalıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 975.5 kiloqram qızıl və 1 ton 841.3 kiloqram gümüş hasil edilib.
2022-ci ilin birinci yarısı ilə müqayisədə qızıl hasilatı 29.6%, gümüş isə 42.5% azalıb. Nazirliyin məlumatına görə, 2023-cü il iyulun 1-nə Azərbaycanda 352.2 kiloqram gümüş və 101.9 kiloqram qızıl həcmində hazır məhsul ehtiyatı yaradılıb.
Zəminə Hüseyn
Fins.az