Bu ilin I yarısında Azərbaycan xarici ölkələrlə 26,166 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,4% çoxdur.
6 aylıq xarici ticarət dövriyyəsinin 17,968 milyard dolları ixracın, 8,198 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8% azalıb, idxal isə 29% artıb.
Son nəticədə xarici ticarətdə 9,769 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4% azdır.