Bu ilin I yarısında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 871,1 milyon manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14% artaraq 3 735 manata çatıb.