BİZNES

23 İyul

Azərbaycanın “May valley” şirkətinin illik dövriyyəsi 200 min manata yaxın olub

Xaricdə istehsal olunan “Cin”, “ROM”, “Tripl sec” kimi içkiləri istehsal edə bildik və gördük ki, bazarda ona ehtiyac var.

Bunu Fins.az-a müsahibəsində “May valley” şirkətinin həmtəsisçisi Faiq Hüseynov deyib. O, bildirib ki, Azərbaycanda fəaliyyən göstərən iaşə obyektlərində adıçəkilən içkilərə təlabat çox olduğundan bunun istehsalına başlayıb:

“Xaricdən malların gəlişində fasilələr yaranmasına görə Azərbaycanda fəaliyyət göstərən restoran və barlar bizə müraciət etdi. Biz də öznövbəmizdə bu tip içkilərin istehsalına başladıq və keyfiyyətli şəkildə bunları hazırlaya bildik. Bu da bizim üçün yeni bir sahə açdı və demək olar ki, Azərbaycanda bu sahədə işləyən yoxdur. Boşluğu görüb bunu özümüz üçün fəaliyyət növü kimi açdıq”.

F.Hüseynov şirkətin maliyyə göstəricilərini də açıqlayıb. O, qeyd edib ki, ötən ilə nisbətən bu il şirkətin dövriyyəsi 2 dəfə artıb:

“2022-ci ildə dövriyyəmiz 60 min manat olubsa, bu il 120 min manatı keçib. Bəlkə də 200 min manata yaxın olub”.

Fuad Mədətov
Fins.az