BİZNES

12 İyul

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 075,366 milyon manat təşkil edib.

Fins.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,4% artaraq 768,744 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,3% artaraq 2 186,168 milyon manat, aksizlər üzrə daxilolmalar 39,25% artaraq 97,361 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,5% azalaraq 23,092 milyon manat olub.